Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq

Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq Tbilisi. 3 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.
Region
3 Fevral , 2019 13:57
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bina bərpa olunacaq

Tbilisi. 3 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina bərpa olunacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi İnkişaf Fondu indiki “Gənclər sarayı” kimi fəaliyyət göstərən binanın bərpası ilə bağlı tender elan edib.

Tenderdə iştirak etmək istəyən şirkət mədəni irs abidələrinin bərpa olunmasında təcrübəyə malik olmalıdır.

Təkliflərin qəbulu fevral ayının 11-də başa çatacaq. Tenderdə qalib gələcək şirkət Tbilisi İnkişaf Fonduna 10 dekabr 2019-cu il tarixinə qədər hazır layihə təqdim etməlidir.

“Gənclər sarayı”nın bərpa olunması işlərinə, ümumilikdə, 600 min lari (227 min dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Saray Tbilisinin mərkəzi Rustaveli prospekti, 6 ünvanında yerləşir. 1918-ci il mayın 28-də məhz bu binada AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi