Yuxarı

Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə Köçəri Sivilizasiya Mərkəzi yaradır

Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə Köçəri Sivilizasiya Mərkəzi yaradır

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə Köçəri Sivilizasiya Mərkəzi yaradır.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin qərarında deyilir.

Mərkəz Bişkek şəhərində (Qırğızıstan) yerləşəcək.

Məlumata görə, Mərkəzin yaradılmasının məqsədi idman tədbirlər təşkil etmək, köçəri mədəniyyət ənənələri ilə hər bir xalqın və dövlətin irsini populyarlaşdırmaq və idman vasitəsilə inteqrasiyasını dərinləşdirmək və bununla da Türkdilli xalqlar və digər dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlıq sferasını dərinləşdirməkdir.

Mərkəzin rəhbəri Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının təqdimatı əsasında Türk Şurası Dövlət Başçıları Şurası tərəfindən təyin edilən və 4 il müddətinə seçilən prezident olacaq. O, ingilis əlifbasına uyğun olaraq rotasiya əsasında tərəflərin vətəndaşları arasından seçiləcək.

İlk prezident Qırğız Respublikasının vətəndaşları arasından təyin ediləcək. Mərkəzdə işlək dillər tərəflərin dilləri və ingilis dili olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi