Yuxarı

​Azərbaycan Beynəlxalq Kiş Enerji sərgisində iştirak edir

Tədbirə 160 yerli və 35 xarici şirkət qatılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ İranda 195 yerli və xarici şirkətin iştirakı ilə XII Beynəlxalq Kiş Enerji Sərgisi işə başlayıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, tədbirdə 160 yerli və 35 xarici şirkət, o cümlədən Azərbaycan, Türkiyə, Çin, Almaniya, İtaliya, Hollandiya, Hindistan, Cənubi Koreya, Tayvan, Malayziya, Fransa, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Belçika, Avstraliya və Rusiya şirkətlərinin sərmayə, onun cəlb olunmasında potensialı və imkanları, neft, təbii qaz, neft-kimya, su və yeni enerji mənbələri üzrə istehsalçıların uğurları sərgilənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi