Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda Yunanıstana keçmək istəyən qayığın batması nəticəsində 2 azyaşlı uşaq ölüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qayıqda bir neçəsi uşaq olmaqla, 17 nəfər olub. Onlar qaçaq yolla Türkiyədən Yunanıstanın İstanköy (Kos) adasına keçmək istəyiblər. Sağ qalan mühacirləri Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları xilas edib.
Xəbərdə bildirilib ki, onlar suda boğulan bir uşağı həyata qaytarıblar.
Xilas edilən qaçqınlar Bodrumdakı dövlət xəstəxanasına yerləşdiriliblər.