Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB İtaliyalı David-Mariya Sassoli Avropa Parlamentinin yeni sədri olub.
Region
3 İyul , 2019 15:27
Avropa Parlamentinə yeni sədr seçilib - YENİLƏNİB

İtaliyalı David-Mariya Sassoli Avropa Parlamentinin yeni sədri olub.

"Report" "Euronews"a istinadən xəbər verir ki, ötən çağırışda vitse-spiker olan 63 yaşlı deputat səsvermənin ikinci mərhələsində palata üzvlərinin əksəriyyətinin səsini qazanıb.

345 deputat onun sədr olmasının lehinə səs verib.


***14:15

Avropa Parlamentinin sədri vəzifəsinə keçirilən səsvermə zamanı 4 namizəddən heç biri lazımı sayda səs toplaya bilmədiyindən ikinci mərhələ keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu gün səhər keçirilən səsvermədə qeydiyyatdan keçən 662 səsdən 325-ni toplayaraq irəlidə olan italiyalı David Sassoli qalib gəlmək üçün zəruri olan 50 faiz üstəgəl 1 səslik nəticə qazana bilməyib.

Ona görə də Avropa Parlamenti sədrliyini tərk edəcək Antonio Tayani səsvermənin ikinci mərhələsini elan edib.

Son xəbərlər

Orphus sistemi