Yuxarı
    Bağlamaq

    Avropa Parlamenti Aİ-Gürcüstan Assosiasiya Sazişini ratifikasiya edib

    Saziş Aİ-yə üzv 28 ölkənin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək

    Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Avropa Parlamenti (AP) bu ilin iyun ayında imzalanmış Avropa İttifaqının Gürcüstanla Assosiasiya Sazişini ratifikasiya edib. "Report" xəbər verir ki, sənəd Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deputatların səs çoxluğu ilə təsdiq edilib. 

    Saziş tam şəkildə Aİ-yə üzv 28 ölkənin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. 

    Gürcüstan deputatları sənədi bu ilin iyul ayında təsdiqləyiblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi