Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Avropa Parlamenti (AP) bu ilin iyun ayında imzalanmış Avropa İttifaqının Gürcüstanla Assosiasiya Sazişini ratifikasiya edib. "Report" xəbər verir ki, sənəd Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deputatların səs çoxluğu ilə təsdiq edilib.
Saziş tam şəkildə Aİ-yə üzv 28 ölkənin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.
Gürcüstan deputatları sənədi bu ilin iyul ayında təsdiqləyiblər.