Avropa İttifaqının ali nümayəndəsi İrana səfər edəcək

Avropa İttifaqının ali nümayəndəsi İrana səfər edəcək Federika Mogerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək
Region
23 İyul , 2015 17:30
Avropa İttifaqının ali nümayəndəsi İrana səfər edəcək

Bakı. 23 iyul. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranla əldə olunmuş nüvə razılaşmasından sonra ilk dəfə Tehrana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətindən məlumat verilib.

Məlumatda F.Mogerinin iyulun 27-də Səudiyyə Ərəbistanına səfər edəcəyi, bu ölkənin xarici işlər naziri Adil əl-Cübeyrlə regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilib.

Eyni zamanda məlumatda ali nümayəndənin ertəsi gün, yəni iylun 28-də İrana səfər edərək bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bir araya gələcəyi də qeyd olunub.

Son xəbərlər

Orphus sistemi