Avropa İttifaqı Ermənistanı ofşor ölkələrin qara siyahısına daxil edəcək

Avropa İttifaqı Ermənistanı ofşor ölkələrin qara siyahısına daxil edəcək Qara siyahıda Ermənistanla yanaşı, 36 ölkənin, o cümlədən Panama, Serbiya və Tunisin də adı var
Region
24 Noyabr , 2017 09:49
Avropa İttifaqı Ermənistanı ofşor ölkələrin qara siyahısına daxil edəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa İttifaqı vergi sistemində şəffaflıq olmadığına və ifrat güzəştli vergi rejiminin mövcudluğuna görə Ermənistanı ofşor zonaların mövcud olduğu ölkələrin qara siyahısına daxil edəcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Avropa İttifaqının Komissiyası həmin siyahını 2017-ci il dekabrn 5-də ittifaq ölkələrinin maliyyə nazirlərinə təqdim edəcək.

Qara siyahıda Ermənistanla yanaşı, 36 ölkənin, o cümlədən Panama, Serbiya və Tunisin də adı var.

Son xəbərlər

Orphus sistemi