Yuxarı
    Bağlamaq

    ​Antalya "G-20" dövlətlərinin zirvə toplantısına hazırlaşır

    Tədbirə ümumilikdə 12-13 min nəfərin qatılacağı gözlənilir

    Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində "G-20" dövlətlərinin zirvə toplantısına hazırlıq işləri görülür.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Antalya vilayətinin valisi Müəmmər Türkər bildirib.

    Məlumata görə, bu il noyabrın 15-16-da Antalyada dünyanın 20 dövlətinin liderlərinin sammiti keçiriləcək. Tədbirə ümumilikdə 12-13 min nəfərin qatılacağı gözlənilir.

    O vurğulayıb ki, baş nazirin müavini Əli Babacanın sədrliyi ilə Ankarada keçirilən müşavirədə hazırlıqla bağlı uyğun qurumlara artıq tapşırıqlar verilib.

    "Sammitdə təxminən 12-13 min nəfərin iştirak edəcəyi gözlənilir. Belə tədbirlərdə ABŞ-ın nümayəndə heyətinin tərkibində adətən 10 minə yaxın adam olur. Mehmanxanalar da belə tələblərə uyğun hazırlanır. Xarici İşlər Nazirliyi həmin müddətə mehmanxanaların rezervlərin ləğvi haqda göstəriş verib", - M.Türkər deyib.

    Xatırladaq ki, sammit çərçivəsində Türkiyəyə ABŞ, Britanıya, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, CAR liderləri səfər edəcək. Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi