Yuxarı

Ankarada Türkiyə və Rusiya prezidentləri arasında təkbətək görüş keçirilib

Təkbətək görüşdən sonra hər iki liderin iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası başlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Hazırda Türkiyədə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə bu ölkənindövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, Prezident Sarayında mətbuata qapalı keçirilən görüş təxminən 1 saat 15 dəqiqə çəkib. 

Təkbətək görüşdən sonra hər iki liderin iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası başlayıb. Toplantıda Türkiyəni ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii sərvətlər naziri Taner Yıldız, əmək və sosial müdafiə naziri Faruk Çelik, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan təmsil edir.

Toplantıdan sonra hər iki ölkə arasında razılaşdırılmış məsələlərlə bağlı müqavilələrin imzalanacağı və birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi