Təkbətək görüşdən sonra hər iki liderin iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası başlayıb. Toplantıda Türkiyəni ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii sərvətlər naziri Taner Yıldız, əmək və sosial müdafiə naziri Faruk Çelik, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan təmsil edir.
Toplantıdan sonra hər iki ölkə arasında razılaşdırılmış məsələlərlə bağlı müqavilələrin imzalanacağı və birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.