​Ankarada terror hadisəsi törədən qrupun adı açıqlanıb

​Ankarada terror hadisəsi törədən qrupun adı açıqlanıb Onlar Türkiyə boyu bu sayaq aksiyalar keçirməyi planlaşdırıb
Region
28 Oktyabr , 2015 15:22
​Ankarada terror hadisəsi törədən qrupun adı açıqlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Ankarada dəmiryolu vağzalında terroru İŞİD-in Qaziantepdəki özəyi törədib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.

Məlumata görə, onlar Türkiyə boyu bu sayaq aksiyalar keçirməyi planlaşdırıb.

"Terrorçuların məqsədi noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkiləri sabotaj etməklə ölkədə sabitliyi pozaraq iğtişaşlar yaratmaq olub. Onlar seçkilərin nəticələrindən sonra ortaya çıxacaq siyasi mənzərədən asılı olaraq hökumətin qurulmasını əngəlləmək istəyiblər. Terrorçular seçkinin keçirilməsinə maneələr yaratmaqla siyasi kampaniyanın təxirə salınmasına nail olmağa çalışmaq məqsədi güdüblər", - məlumatda vurğulanıb.

Qeyd edək ki, oktyabrın 10-da Anakarada dəmiryolu vağzalında törədilən terror nəticəsində 102 nəfər həyatını itirib, 500-ə yaxın insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi