Yuxarı
    Bağlamaq

    ​Ankarada güclü partlayış olub, ölən və yaralananlar var - ƏLAVƏ OLUNUB- VİDEO

    Hadisə dəmiryol stansiyasında baş verib

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada güclü partlayış baş verib.

    "Report" "Anadolu" agentliyinə isitinadən xəbər verir ki, partlayış dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında baş verib. 

    "Doğan" agentliyi isə iki ayır-ayrı partlayışın baş verdiyi haqda məlumat yayıb. Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var. 

    Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub. 

    Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi