Ankara küçələrində əhali tanklara qarşı çıxıb, TRT binasını ələ keçirməyə çalışanlar zərərsizləşdirilib - FOTO - YENİLƏNİB

Ankara küçələrində əhali tanklara qarşı çıxıb, TRT binasını ələ keçirməyə çalışanlar zərərsizləşdirilib - FOTO - YENİLƏNİB Ankaradan bütün uçuşlar təxirə salınıb, hava limanına gedən yollar da bağlanılıb
Region
16 İyul , 2016 03:29
Ankara küçələrində əhali tanklara qarşı çıxıb, TRT binasını ələ keçirməyə çalışanlar zərərsizləşdirilib - FOTO - YENİLƏNİB

Ankara. 16 iyul. REPORT.AZ/ Ankarada TRT dövlət televiziyasının binasını ələ keçirməyə çalışan 4 nəfər zərərsizləşdirilib. "Report" xəbər verir ki, 100-ə yaxın polis TRT binasını əhatəyə alıb. 

Həmçinin paytaxtda hakim partiyanın qərargahına hücum edənlərin də qarşısı alınıb.

Türkiyə KİV-ləri 17 polis nəfərinin şəhid olduğunu bildirir.

*** 02:11

Ankara. 16 iyul. REPORT.AZ/ Ankarada bütün iaşə obyektləri, yollar bağlanıb. “Report”un Türkiyənin paytaxtındakı əməkdaşının verdiyi məlumata görə, sakinlər küçələrə axışıb, böyük təşviş yaşanıb. 

Böyük bir kütlə paytaxt küçələrində olan tanklara qarşı çıxıblar. Avtomobillər siqnal verərək etirazlarını bildirirlər.

Ankaradan bütün uçuşlar təxirə salınıb, hava limanına gedən yollar da bağlanılıb.

Son xəbərlər

Orphus sistemi