"Altılıq" ölkələri ilə ​İran arasında danışıqlar daha bir həftə uzadılıb

"Altılıq" ölkələri ilə ​İran arasında danışıqlar daha bir həftə uzadılıb Abbas Arakçi: "Nəticə əldə edəcəyimizə ümid edirik"
Region
1 İyul , 2015 13:54
Altılıq ölkələri ilə ​İran arasında danışıqlar daha bir həftə uzadılıb

Bakı. 1 iyul. REPORT.AZ/ "Bizə verilən möhlət bitsə də, müzakirələr başa çatmayıb. İştirakçılar Vyanda daha bir həftə qalıb, müzakirlərəi başa çatdırmaq qərarına gəlib".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi deyib. 

Atom-nüvə proqramı üzrə "altılıq" ölkələri ilə danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin başçısı olan A.Arakçi bildirib ki, tərəflər arasında razılıq əldə edilməyən bir sıra mübahisəli məsələlər mövcuddur: "Yazılmayan bəzi mətnlər var. Müzakirələrə müsbət ovqat da hakimdir".

"Yeddi günə razılaşma əldə olunması mümkündürmü" sualına cavabında nazir müavini deyib: "Nəticə əldə edəcəyimizə ümid edirik. Bizim üçün konkret müddətə nəticəyə nail olmaq hədəf deyil, bizdən ötrü müəyyən əsaslar üzrə razılığın əldə olnması mühümdür".

Qeyd edək ki, iyunun 30-da İranın atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrinin təmsilçiləri ilə Tehranın nümayəndə heyəti arasında yekun razılıq sənədi imzalanmalı idi. 

Son xəbərlər

Orphus sistemi