​Almaniya XİN ölkə vətəndaşlarına Türkiyə ilə bağlı tövsiyə verib

​Almaniya XİN ölkə vətəndaşlarına Türkiyə ilə bağlı tövsiyə verib Nazirlikdən xəbərdarlıq: "Terror qruplaşmalarının təəssübünü çəkəcək ifadələr işlətməyin"
Region
18 Aprel , 2016 19:41
​Almaniya XİN ölkə vətəndaşlarına Türkiyə ilə bağlı tövsiyə verib

Bakı. 18 aprel. REPORT.AZ/ "Türkiyədə olarkən danışığınıza diqqət edin. Türkiyəni tənqid edən açıqlamalar və terrorçu qruplaşmalara meyilli ifadələrdən çəkinin".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Almaniyanın Xairici İşlər Nazirliyi türk dövlətinə səyahət etmək istəyən vətəndaşlarına bu mövzuda rəsmi saytında xəbərdarlıq edib.

Xəbərdarlıq "Xüsusi cəza ilə bağlı hökmlər" başlığı altında edilib: "İctimaiyyət arasında Türkiyəyə qarşı siyasi açıqlamalar verməyin, terror qruplaşmalarının təəssübünü çəkəcək ifadələr işlətməyin".

Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyi "Səyahət və təhlükəsizlik xəbərdarlığı" başlığı altında xaricə səfər edən öz vətəndaşlarına səyahətə çıxdıqları ölkə barədə diqqət edəcəkləri məsələlər barədə məsləhətlər verir. 

Son xəbərlər

Orphus sistemi