Almaniya, Rusiya və Fransa liderləri görüşüb

Almaniya, Rusiya və Fransa liderləri görüşüb Onlar Ukraynadakı münaqişənin tənzimlənməsi yollarını müzakirə edib
Region
8 İyul , 2017 12:42
Almaniya, Rusiya və Fransa liderləri görüşüb
Tass.ru

Bakı. 8 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin, onun Fransadan olan həmkarı Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.

“Report” rus mətbuatına istinadən xəbər verir ki, görüş Hamburqdakı (Almaniya) “Atlantic” hotelində səhər yeməyi kimi baş tutub, amma işgüzar xarakterli olub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov liderlərin Ukraynadakı münaqişənin tənzimlənməsi yollarını müzakirə etdiklərini söyləyib.

Qeyd edək ki, hazırda Hamburqda “Böyük-20”liyin (“G-20”) zirvə toplantısı keçirilir. 

Son xəbərlər

Orphus sistemi