Yuxarı

Allahşükür Paşazadə: "QMİ Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyir"

Ekstremizm və radikalizmə yalnız birgə səylərlə müqavimət göstərmək mümkündür

Bakı. 22 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Rusiyanın Suriyada "İslam Dövlətinə" (İŞİD) qarşı apardığı hərbi əməliyyatları dəstəkləyir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bildirib.

"Bu gün xaricdən və ya daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca vacibdir. Onlar bizim məkanı növbəti hədəf kimi görürlər və sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir", - A.Paşazadə Ufada keçirilən "XXI əsrin təhsil məkanında islam idealları və dəyərləri" VIII beynəlxalq elmi-praktiki konfransın açılışı zamanı bildirib. 

Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın beynəlxalq terrorlar mübarizəsini, öz əməlləri ilə İslamı terror, vandalizm, zorakılıq ilə əlaqələndirərək, onu dünya ictimaiyyətinin gözündən salan İŞİD kimi bəlanın məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir.

"Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək mümkündür", - QMİ sədri əlavə edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi