KİV: Ermənistanın Alaverdi rayonunda sosial partlayış gözlənilir

KİV: Ermənistanın Alaverdi rayonunda sosial partlayış gözlənilir Ermənistanın Alaverdi misəritmə kombinatı və Texut mədəninin bağlanması ilə əlaqədar Alaverdi rayonu və ona yaxın kəndlərdə sosial partlayışın baş verəcəyi gözlənilir.
Region
3 İyul , 2019 12:25
KİV: Ermənistanın Alaverdi rayonunda sosial partlayış gözlənilir

Ermənistanın Alaverdi misəritmə kombinatı və Texut mədəninin bağlanması ilə əlaqədar Alaverdi rayonu və ona yaxın kəndlərdə sosial partlayışın baş verəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, hakimiyyətin bu müəssisələri fəaliyyətinin dayandırılmasına etiraz olaraq, şəhərin bütün lojistik sistemi mühasirəyə alınıb, bir neçə avtomobil yolu və dəmir yolu bağlanıb. Alaverdi misəritmə kombinatının əməkdaşları ötən gün Ermənistan-Gürcüstan dəmir yolu xəttini bağlamışdı. Bu addımın atılmasına səbəb isə müəssisənin 200 əməkdaşının işdən çıxarılması göstərilir. 

Son xəbərlər

Orphus sistemi