AKP sədrinin müavini: "FETÖ ilə əlaqəsi olan 619 partiya üzvü müəyyənləşdirilib"

AKP sədrinin müavini: "FETÖ ilə əlaqəsi olan 619 partiya üzvü müəyyənləşdirilib" "Onlar aşkarlanaraq partiyadan çıxarılıb"
Region
24 Sentyabr , 2016 11:19
AKP sədrinin müavini: FETÖ ilə əlaqəsi olan 619 partiya üzvü müəyyənləşdirilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ədalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğu müəyyənləşdirilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş bildirib.

Onun sözlərinə görə, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin FETÖ ilə əlaqəsi olduğu müəyyənləşib.

M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.

Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi