Bakı. 21 yanvar. REPORT.AZ/
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.
Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin (“Aleksandr Petrov”) və Anatoli Çepiqanın (“Ruslan Boşirov”) da adları var.
Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub.