Yuxarı

Aİ-nin ayırdığı qrant ​Ermənistanda mənimsənilib, faktla bağlı cinayət işi başlanıb

Həmin təşkilat və istintaqla bağlı əlavə məlumat yayılmayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsi Avropa İttifaqının (Aİ) ayırdığı qrantın mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlayıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin auditi nəticəsində qurumun təşkilatlardan birinə verdiyi qrantın mənimsənildiyi aşkarlanıb.

İnformasiyaya əsasən, faktla bağlı cinayət işi başlanıb. Cinayət işinin hansı təşkilata açıldığı və istintaqın gedişi haqda əlavə məlumat yayılmayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi