Yuxarı

Aİ komissarı: "Türkiyə Avropa İttifaqına daxil olmaq üçün namizəd olaraq qalır"

Yohannes Han: Türkiyə namizəd ölkə olub və olacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyə Avropa İttifaqına daxil olmaq üçün namizəd olaraq qalır.

"Report" "RİA Novosti"yə  istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han türk həmkarları ilə Ankarada keçirilən birgə mətbuat konfransında bildirib. 

"Türkiyə namizəd ölkə olub və olacaq", - o qeyd edib. 

Öz növbəsində, Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik vurğulayıb ki, Avropa İttifaqı Türkiyənin təşkilata qəbulu haqqında məsələnin həllində ikili standartlardan istifadə edir. 

"Söhbət miqrantlar probleminin həllində iştirakla bağlı olduqda Türkiyə faydalı iştirakçı kimi qiymətləndirilir. Söhbət Türkiyənin Aİ-yə qəbulu haqqında gedəndə isə daim hansısa əngəllər yaranır, baxmayaraq ki, biz zəruri islahatlar aparırıq və artıq onilliklərdir ki, gözləyirik. Bu, açıqcasına ikili standartdır", - Ö.Çelik mətbuat konfransında deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi