Afrindən atılan raket qaçqın düşərgəsinə düşüb, 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Afrindən atılan raket qaçqın düşərgəsinə düşüb, 3 nəfər ölüb, 15 nəfər yaralanıb Yaralılar bölgədəki səhra hospitalına aparılıb
Region
6 Fevral , 2018 16:12
Afrindən atılan raket qaçqın düşərgəsinə düşüb, 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin Hatay əyaləti ilə sərhəddə yerləşən Suriyanın Atme qəsəbəsindəki qaçqın düşərgəsinin raket atəşinə tutulması nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” “Cümhuriyet”ə istinadən xəbər verir ki, raketlər Suriyanın Afrin bölgəsindən terrorçuların nəzarəti altında olan hissəsindən atılıb.

Yaralılar bölgədəki səhra hospitalına aparılıb.

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarının Afrindəki mövqelərini top atəşinə tutmaqda davam edir. 

Son xəbərlər

Orphus sistemi