Yuxarı
    Bağlamaq

    ​AEBA təmsilçiləri İrana səfər edəcək

    Yukiya Amano rəsmi Tehrandan bütün mübahisəli suallara cavabları sürətləndirməyə çağırmışdı

    Bakı. 4 mart. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) İran arasında danışıqların yeni mərhələsi martın 9-da Tehranda keçiriləcək.

    "Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

    Bu məqsədlə agentliyin təmsilçiləri İslam Respublikasına gedəcək.

    Qurumun baş direktorunun müavini Tero Varyoranta nümayəndə heyətinə başçılıq edəcək.

    Xatırladaq ki, AEBA-nın baş direktoru Yukiya Amano İrandan nüvə proqramı ilə bağlı bütün mübahisəli suallara cavabları sürətləndirməyə çağırmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi