Yuxarı
    Bağlamaq

    ​Adam Şubin: "İŞİD-in hasil etdiyi təbii qazı Suriya alır"

    Adam Şubin: Türkiyə ilə İŞİD arasında neft ticarətinə dair heç bir fakt yoxdur

    Bakı. 17 dekabr. REPORT.AZ/ "Türkiyə ilə İŞİD arasında neft ticarətinə dair heç bir fakt yoxdur. İŞİD nefti bir çox hallarda birbaşa neft buruqlarından satır".

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Nazirliyinin Terrorçuluğa qarşı mübarizə və maliyyə kəşfiyyatı bölməsinin təmsilçisi Adam Şubin mətbuat konfarnsında Rusiyanın Türkiyəni İŞİD qruplaşması ilə ticarət əlaqəsində ittiham etməsinə dair sualı cavablandırarkən bildirib.

    A.Şubin qeyd edib ki, İŞİD qruplaşmasının nəzarəti altında olan ərazilərdən hasil edilən təbii qazı isə Suriya alır: "İŞİD tərəfindən hasil edilən neftin böyük hissəsi neft emalı zavodlarına göndərilir, yaxud enerji almaq məqsədi ilə istifadə edilir".

    O, terrorçu İŞİD-in maliyyə əməliyyatlarından və onlara qarşı mübarizə üsullarından da danışıb.

    A.Şubin bildirib ki, terrorçu qruplaşmalara maliyyə axınının qarşısının alınması məqsədi ilə BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin maliyyə nazirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırırlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi