​Adam Şubin: "İŞİD-in hasil etdiyi təbii qazı Suriya alır"

​Adam Şubin: "İŞİD-in hasil etdiyi təbii qazı Suriya alır" Adam Şubin: "Türkiyə ilə İŞİD arasında neft ticarətinə dair heç bir fakt yoxdur"
Region
17 Dekabr , 2015 10:14
​Adam Şubin: İŞİD-in hasil etdiyi təbii qazı Suriya alır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Türkiyə ilə İŞİD arasında neft ticarətinə dair heç bir fakt yoxdur. İŞİD nefti bir çox hallarda birbaşa neft buruqlarından satır".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Nazirliyinin Terrorçuluğa qarşı mübarizə və maliyyə kəşfiyyatı bölməsinin təmsilçisi Adam Şubin mətbuat konfarnsında Rusiyanın Türkiyəni İŞİD qruplaşması ilə ticarət əlaqəsində ittiham etməsinə dair sualı cavablandırarkən bildirib.

A.Şubin qeyd edib ki, İŞİD qruplaşmasının nəzarəti altında olan ərazilərdən hasil edilən təbii qazı isə Suriya alır: "İŞİD tərəfindən hasil edilən neftin böyük hissəsi neft emalı zavodlarına göndərilir, yaxud enerji almaq məqsədi ilə istifadə edilir".

O, terrorçu İŞİD-in maliyyə əməliyyatlarından və onlara qarşı mübarizə üsullarından da danışıb.

A.Şubin bildirib ki, terrorçu qruplaşmalara maliyyə axınının qarşısının alınması məqsədi ilə BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin maliyyə nazirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırırlar. 

Son xəbərlər

Orphus sistemi