Yuxarı

Acarıstan hökumətinin yeni sədri seçilib

Respublika Ali Sovetinin 12 deputatı Zurab Pataradzenin lehinə səs verib

Bakı. 15 iyul. REPORT.AZ/ Acarıstan Muxtar Respublikası hökumətinin yeni sədri Zurab Pataradze olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, namizədliyini Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təklif etdiyi Z.Pataradzenin lehinə Respublika Ali Sovetinin 12 deputatı səs verdiyi halda, əleyhinə səs qeydə alınmayıb. Müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatlar təqdim edilən namizədi dəstəkləməyib.

Xatırladaq ki, Acarıstan hökumətinin keçmiş sədri Arçil Xabadze iyunun 6-da vəzifəsindən istefa verib. O, bunu "Gürcü arzusu" komandası ilə birgə seçkiqabağı proseslərə fəal qatılmaq niyyətində olması ilə izah edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi