ABŞ səfiri Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasının şərtini açıqlayıb

ABŞ səfiri Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasının şərtini açıqlayıb Con Xantsman: “Əlaqələrimizin soyuması Ukraynadakı vəziyyətdən başlayır”
Region
4 Dekabr , 2017 10:53
ABŞ səfiri Vaşinqtonla Moskva arasında münasibətlərin normallaşmasının şərtini açıqlayıb
Getty Images

Bakı. 4 dekabr. REPORT.AZ/ “Ukraynada vəziyyətin tənzimlənməsi rəsmi Moskva ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin yeni həyatına nəfəs verə bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman “Vedmosti” qəzetinə müsahibəsində deyib. 

İki ölkə arasındakı əlaqələrin durumunu şərh edən və normallaşmasının şərtlərini açıqlayan diplomat vurğulayıb ki, hazırda Ukraynada vəziyyət son dərəcə mürəkkəbdir: “Məhz Ukrayna Moskva ilə Vaşinqton arasında münasibətlərin həyatına yeni nəfəs verə biləcək yeganə məsələdir. Moskva ilə münasibətlərimizin bərpası üçün Ukrayna amili çox vacibdir”.

Səfir qeyd edib ki, iki ölkə arasında münasibətlər Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsindən sonra daha da mürəkkəbləşib: “Düzdür, ABŞ-ın bütün xüsusi xidmət orqanları müdaxilə ilə bağlı elə də əsaslı sübutlar təqdim etməyiblər. Bununla belə qeyd etməliyəm ki, münasibtələrimizin soyuması Ukraynadakı vəziyyətdən başlayır”.

Qeyd edək ki, C.Xantsman bu ilin sentyabrında ABŞ-ın Rusiyadakı səfiri təyin olunub. O, oktyabrın 2-də Moskvaya gəlib və etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.  

Son xəbərlər

Orphus sistemi