​ABŞ prezidentliyinə namizəd: "Türkiyəyə inanıram"

​ABŞ prezidentliyinə namizəd: "Türkiyəyə inanıram" Jeb Buş: "Rusiya Əsəd və İranla müttəfiqliyindən əl çəkməlidir"
Region
26 Noyabr , 2015 13:09
​ABŞ prezidentliyinə namizəd: Türkiyəyə inanıram

Bakı. 26 noyabr. REPORT.AZ/ "Mən Türkiyəyə inanıram. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozması texnologiya vasitəsi ilə təsdiqlənəcək".

"Report" "Turkishny"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Florida ştatının keçmiş qurbernatoru, Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizədliyə iddiaçı Jeb Buş Rusiya döyüş təyyarəsinin Türkiyənin sərhədini pozduğu üçün vurulmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, beynəlxaq ictimaiyyət İŞİD-ə qarşı savaşda uğura və Suriyada rejim dəyişikliyinə nail olsa, bunda NATO üzvü kimi Türkiyənin də rolu olacaq: "Odur ki, Türkiyə müttəfiqimiz olmalı və ona dəstək verməliyik. Prezident Barak Obamanın "hər ölkənin özünü qoruma haqqı var" fikri doğrudur. Biz İŞİD-ə qarşı mübarizə sahəsində Rusiya ilə də müttəfiq ola bilərik, ancaq bundan öncə Moskva İran və Əsədlə müttəfiqliyindən əl çəkməlidir". 

Son xəbərlər

Orphus sistemi