Yuxarı

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini bir il uzadıb

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini bir il uzadıb
Bizim Tehranla münasibətlərimiz hələ normallaşmayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqresə məktub ünvanlayaraq, İrana qarşı sanksiyaları daha bir il müddətinə uzatdığını bildirib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. 

"Bizim İranla münasibətlərimiz hələ normallaşmayıb", - deyə dövlət başçısının məktubunda qeyd olunub. Bununla əlaqədar B.Obama 1979-cu il tarixli icra əmrini qüvvədə saxlamaq qərarına gəlib. Həmin əmrə əsasən, İranla münasibətlərdə "fövqəladə vəziyyət" elan olunur və ona qarşı sanksiyalar tətbiq edilir.

Prezidentin icra əmri 1979-cu ildə Tehranda amerikalıların girov götürülməsindən sonra verilib. O dövrdən Amerikanın İrana qarşı sanksiyalarının müddəti müntəzəm olaraq uzadılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi