Yuxarı

​ABŞ prezidenti "G20" sammitində iştirak etmək üçün Antalyaya gedib

Onu hava limanında Türkiyə rəsmiləri qarşılayıblar

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama "G20"nin sammitində iştirak etmək üçün Antalyaya gedib.

"Report" xəbər verir ki, Obamanın "Air Force One" təyyarəsi yerli vaxtla 06.58-də Antalya hava limanında yerə enib.

ABŞ prezidentini hava limanında Türkiyənin Avropa işləri naziri Beril Dədəoğlu, Antalya valisi Muəmmər Türker, Antalya şəhərinin meri Menderes Türel və digər rəsmi şəxslər qarşılayıblar.

Ardınca prezident Obama onu gözləyən limuzin ilə sammitin keçiriləcəyi müddətdə qalacağı otelə yola düşüb.

Sammit çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin ikitərəfli görüşü və birgə mətbuat konfransı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi