​ABŞ prezidenti "G20" sammitində iştirak etmək üçün Antalyaya gedib

​ABŞ prezidenti "G20" sammitində iştirak etmək üçün Antalyaya gedib Onu hava limanında Türkiyə rəsmiləri qarşılayıblar
Region
15 Noyabr , 2015 12:08
​ABŞ prezidenti G20 sammitində iştirak etmək üçün Antalyaya gedib

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama "G20"nin sammitində iştirak etmək üçün Antalyaya gedib.

"Report" xəbər verir ki, Obamanın "Air Force One" təyyarəsi yerli vaxtla 06.58-də Antalya hava limanında yerə enib.

ABŞ prezidentini hava limanında Türkiyənin Avropa işləri naziri Beril Dədəoğlu, Antalya valisi Muəmmər Türker, Antalya şəhərinin meri Menderes Türel və digər rəsmi şəxslər qarşılayıblar.

Ardınca prezident Obama onu gözləyən limuzin ilə sammitin keçiriləcəyi müddətdə qalacağı otelə yola düşüb.

Sammit çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin ikitərəfli görüşü və birgə mətbuat konfransı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi