ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru jurnalist Camal Qaşıqçı məsələsinə görə Türkiyədə səfərdədir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru jurnalist Camal Qaşıqçı məsələsinə görə Türkiyədə səfərdədir Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətli məsələsi ilə bağlı Türkiyədə səfərdədir.
Region
23 Oktyabr , 2018 13:30
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru jurnalist Camal Qaşıqçı məsələsinə görə Türkiyədə səfərdədir
Saul Loeb/Getty
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətli məsələsi ilə bağlı Türkiyədə səfərdədir.

“Report” xəbər verir ki, bu məlumatı “Hurriyet” yayıb.

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də telefonla C.Qaçıqçı mövzusunu ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

İngilis versiyası CIA chief arrives in Turkey

Son xəbərlər

Orphus sistemi