Yuxarı

ABŞ-ın vitse-prezidenti Türkiyədə səfərdədir

Esenboğa hava limanında onu səfirlər qarşılayıb

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri başlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Ankara Esenboğa hava limanında onu Türkiyənin Vaşinqtondakı səfiri Serder Kılıc və ABŞ-ın Ankaradakı səfiri Con Bass qarşılayıb.

Xatırladaq ki, Ankaranın Esenboğa hava limanına enəndən sonra Co Bayden Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək, parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək. Görüşdən sonra iyulun 15-də dövlət çevirilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək.

Co Bayden nahardan sonra Türkiyənin baş naziri Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcək.

Prezident iqamətgahında Türkiyə lideri amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı keçiriləcək bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Qeyd edək ki, avqustun 24-də axşam saatlarında Co Baydenin səfəri başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi