ABŞ-ın Türkiyədəki konsulluğunun tərcüməçisi PKK-ya üzv olmaqda şübhəli bilinərək tutulub

ABŞ-ın Türkiyədəki konsulluğunun tərcüməçisi PKK-ya üzv olmaqda şübhəli bilinərək tutulub Onun PKK-nın təəssübkeşlərini idarə etdiyi iddia olunur
Region
23 Fevral , 2017 17:10
ABŞ-ın Türkiyədəki konsulluğunun tərcüməçisi PKK-ya üzv olmaqda şübhəli bilinərək tutulub

Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin Adana şəhərindəki ABŞ konsulluğunda uzun illər tərcüməçilik edən Hamza Uluçay terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinərək tutulub.

“Report” DHA-ya istinadən xəbər verir ki, onun PKK-nın təəssübkeşlərini idarə etdiyi iddia olunur.

Məlumata görə, H.Uluçay əməliyyat zamanı yaşadığı evdə tapılmayıb. Bundan sonra ABŞ konsulluğu ilə aparılan danışıqlardan sonra amerikalılar onu diplomatik missiyanın binası qarşısında polislərə təslim edib.

Son xəbərlər

Orphus sistemi