Yuxarı

​ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub - YENİLƏNİB

Basqın edənlərdən biri kişi, o biri qadın olub

Bakı. 10 avqust . REPORT.AZ/ İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına silahlı basqın edən qadın təslim olub. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Xəbərdə bildirilib ki, qadın həmin rayondakı bir evə sığınıb. Polisin keçirdiyi əməliyyat nəticəsində o, təslim olub.

Polis ərazidə əməliyyatları davam etdirir.

*** 10:10

Bakı. 10 avqust . REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı basqın edilib.

"Report" xəbər verir ki, bu haqda CNNTürk məlumat yayıb.

Məlumata görə, basqın edənlərdən biri kişi, digəri qadın olub.

Bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu da bildirilir.

Silahlı basqın hadisəsindən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat da keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi