ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün məhdudiyyətlə işə başlayacaq

ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün məhdudiyyətlə işə başlayacaq Yalnız təcili konsul xidmətləri göstəriləcək
Region
21 Dekabr , 2016 05:32
ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri bu gün məhdudiyyətlə işə başlayacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların Ankaradakı səfirliyi, İstanbul və Adanadakı konsulluqları ötən gün Ankarada baş verənlərdən sonra dekabrın 21-də məhdudiyyətlə işləməyə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yerləşdirilib.

"Türkiyədəki missiya ABŞ vətəndaşlarını məlumatlandırır ki, Ankaradakı səfirlik, İstanbul və Adanadakı konsulluqlar məhdud rejimdə işləmək üçün dekabrın 21-də açılacaqlar. Ankaradakı səfirlikdə və İstanbuldakı baş konsulluqda konsul görüşləri təxirə salınacaq. Yalnız təcili konsul xidmətləri göstəriləcək", - deyə səfirliyin məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi