Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın döyüş gəmisi Qara dənizə daxil olacaq

    Donanmanın rəhbərliyi: ABŞ NATO-dakı müttəfiqləri və Avropadakı tərəfdarlarını dəstəkləmək məqsədi ilə əlavə tədbirlər həyata keçirir

    Bakı. 22 may. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin "Ross" ("DDG 71") döyüş gəmisi mayın 23-də Qara dənizə daxil olacaq.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması rəsmi açıqlama yayıb.

    ""Ross"un Qara dənizdə mövcudluğu ABŞ-ın tərəfdarlarla əlaqələrinin möhkəmlənməsinə və bu su hövzəsindəki tərəfdarlar arasında NATO-nun birgə əməliyyatlar keçirilməsinin mümkünlüyünə sadiq qaldığını təsdiqləyir", - açıqlamada vurğulanıb.

    Gəminin komandiri Tedd Qorman məsələ ilə bağlı deyib ki, tərəfdarlar və müttəfiqlərlə qarşılıqlı olaraq, dənizdə təhlükəsizliyin gücləndirilməsi, hərbi hazırlığın və hərbi-dəniz qüvvələrinin imkanlarının artırılması istiqamətində tapşırıqlar yerinə yetiriləcək.

    Donanmanın rəhbərliyi onu da qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləni davam etdirməsi fonunda NATO-dakı müttəfiqləri və Avropadakı tərəfdarlarını dəstəkləmək məqsədi ilə əlavə tədbirlər həyata keçirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi