​ABŞ-ın döyüş gəmisi Qara dənizə daxil olacaq

​ABŞ-ın döyüş gəmisi Qara dənizə daxil olacaq Donanmanın rəhbərliyi: "ABŞ NATO-dakı müttəfiqləri və Avropadakı tərəfdarlarını dəstəkləmək məqsədi ilə əlavə tədbirlər həyata keçirir"
Region
22 May , 2015 13:33
​ABŞ-ın döyüş gəmisi Qara dənizə daxil olacaq

Bakı. 22 may. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin "Ross" ("DDG 71") döyüş gəmisi mayın 23-də Qara dənizə daxil olacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması rəsmi açıqlama yayıb.

""Ross"un Qara dənizdə mövcudluğu ABŞ-ın tərəfdarlarla əlaqələrinin möhkəmlənməsinə və bu su hövzəsindəki tərəfdarlar arasında NATO-nun birgə əməliyyatlar keçirilməsinin mümkünlüyünə sadiq qaldığını təsdiqləyir", - açıqlamada vurğulanıb.

Gəminin komandiri Tedd Qorman məsələ ilə bağlı deyib ki, tərəfdarlar və müttəfiqlərlə qarşılıqlı olaraq, dənizdə təhlükəsizliyin gücləndirilməsi, hərbi hazırlığın və hərbi-dəniz qüvvələrinin imkanlarının artırılması istiqamətində tapşırıqlar yerinə yetiriləcək.

Donanmanın rəhbərliyi onu da qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləni davam etdirməsi fonunda NATO-dakı müttəfiqləri və Avropadakı tərəfdarlarını dəstəkləmək məqsədi ilə əlavə tədbirlər həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi