ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək Ona Dünya Neft Şurasının ən böyük “Dewhurst Ödülü” mükafatı təqdim ediləcək
Region
9 İyun , 2017 14:32
ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək
ABŞ-ın dövlət katibi Reks Tillerson / Global.vidostream.com

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson iyulun 9-13-da keçiriləcək 22-ci Dünya Neft Konqresinə qatılmaq məqsədi ilə Türkiyəyə səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Konqresdə 50-dən çox ölkənin neft və energetika nazirləri iştirak edəcəklər.

Ona Dünya Neft Şurasının ən böyük “Dewhurst Ödülü” mükafatı təqdim ediləcək. O, bu mükafata layiq görülən 10-cu şəxsdir.

Qeyd edək ki, bu konqresdə Azərbaycanın SOCAR şirkəti ilə yanaşı, “Shell”, BP, “ExxonMobil”, “Chevron”, “Total”, “Saudi Aramco”nun da iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi