Yuxarı

​ABŞ-ın dövlət katibi Rusiya prezidenti ilə görüşəcək

Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə Soçidə görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, görüşdə bir sıra məsələlər müzakirə ediləcək.

Dövlət Departamentinin təmsilçisi Meri Harfın sözlərinə görə, Con Kerinin Rusiya prezidenti ilə görüşündə İran, Suriya və Ukrayna ilə bağlı məsələlərin də müzakirə edəcəyi planlaşdırılıb.

Qeyd edək ki, amerikalı diplomat rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcək.

Soçidən sonra Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi