​ABŞ-ın dövlət katibi Rusiya prezidenti ilə görüşəcək

​ABŞ-ın dövlət katibi Rusiya prezidenti ilə görüşəcək Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək
Region
12 May , 2015 11:54
​ABŞ-ın dövlət katibi Rusiya prezidenti ilə görüşəcək

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə Soçidə görüşəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, görüşdə bir sıra məsələlər müzakirə ediləcək.

Dövlət Departamentinin təmsilçisi Meri Harfın sözlərinə görə, Con Kerinin Rusiya prezidenti ilə görüşündə İran, Suriya və Ukrayna ilə bağlı məsələlərin də müzakirə edəcəyi planlaşdırılıb.

Qeyd edək ki, amerikalı diplomat rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcək.

Soçidən sonra Con Kerri NATO-nun tədbirinə qatılmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi