Zelenskidən sülh və qələbə vədi

Zelenskidən sülh və qələbə vədi Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında əmin edib ki, ölkə sülhün erkən başlaması və müharibədə qələbənin yaxınlaşması üzərində daim çalışır.
Region
25 Mart , 2022 03:12
Zelenskidən sülh və qələbə vədi

Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında əmin edib ki, ölkə sülhün erkən başlaması və müharibədə qələbənin yaxınlaşması üzərində daim çalışır.

“Report”un məlumatına görə, bu barədə “RBK-Ukraina” Zelenskinin müraciətinə istinadən xəbər verir.

"Biz hər zaman çalışırıq. Ölkə sülhə doğru getməli, irəliyə hərəkət etməlidir. Müdafiəmizin hər günü ilə ehtiyac duyduğumuz sülhü daha da yaxınlaşdırırıq və qələbəni yaxınlaşdırırıq. Bu müharibə isə qələbə olmadan mümkün deyil. Belə də olacaq”, - Ukrayna Prezidenti bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna bir dəqiqə belə dayana bilməz, çünki hər dəqiqə çox şeyi – ölkənin taleyini, gələcəyini və necə yaşadığını həll edir.

Son xəbərlər

Orphus sistemi