Prezident Volodimir Zelenski Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib.
“Report” xəbər verir ki, dövlət başçısı bu barədə son çıxışında qeyd edib.
Ukrayna Prezidenti vurğulayıb ki, ölkənin cənubunda gedən döyüşlərdə Rusiya ordusunun güc və vasitələrinin məhv edilməsi ilə bağlı şad xəbərlər var.
“Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir - Avdeyevka, Marinka, Peski, Baxmut və bütün müvafiq istiqamətlər. Rusiya ora öz hərbi resurslarının sadəcə böyük bir hissəsini - artilleriya, texnika, insan göndərdi. Oradakı bütün müdafiəçilərimiz sadəcə qəhrəmandır”, - o, ənənəvi videomüraciətində vurğulayıb.
“Xarkov vilayəti Ukraynanın güclü müdafiəsidir və işğalçıların hücum cəhdləri daim uğursuzluqla nəticələnir. Ölkənin cənubunda gedən mübarizə Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi ilə bağlı müjdə verir. Biz bir günü də boş yerə sərf etmirik – işğalçıların potensialını azaldırıq”, - dövlət başçısı əlavə edib.