Zelenski: “Ukrayna Silahlı Qüvvələri Xarkovu azad etməyə başlayıb”

Zelenski: “Ukrayna Silahlı Qüvvələri Xarkovu azad etməyə başlayıb” "Ukrayna Silahlı Qüvvələri hamımıza Xarkov vilayətindən xoş xəbərlər çatdırıb. İşğalçıları tədricən Xarkovdan sıxışdırır".
Region
374
11 May , 2022 02:06
Zelenski: “Ukrayna Silahlı Qüvvələri Xarkovu azad etməyə başlayıb”

"Ukrayna Silahlı Qüvvələri hamımıza Xarkov vilayətindən xoş xəbərlər çatdırıb. İşğalçıları tədricən Xarkovdan sıxışdırır".

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətində cəbhədəki vəziyyəti şərh edərkən deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri tədricən Rusiya hərbçilərini Xarkovdan sıxışdırıb çıxarır, regionun ərazisini azad edir.

O, həmçinin ukraynalıları təmkinli olmağa və həddindən artıq emosiyalar yaymamağa çağırıb.

"Həmçinin xalqımızı hədsiz emosiyalar yaymamağa çağırmaq istərdim. Hər həftə, hətta hər gün müəyyən qələbələr gözlənildiyi halda, siz bu cür konkret mənəvi təzyiq mühiti yaratmamalısınız. Ukrayna Silahlı Qüvvələri bütün şəhərlərimizi azad etmək üçün əlindən gələni edir”, - Prezident vurğulayıb.

Xatırladaq ki, Ukrayna müdafiə qüvvələri Xarkov vilayətinin 4 kəndini Rusiya hərbçilərindən azad edib. Rusiya ordusunun bölmələri Xarkov və Çuquyev rayonlarından çıxarılıb.

Son xəbərlər

Orphus sistemi