Zelenski Türkiyədə keçiriləcək Ukrayna-Rusiya müzakirələrindən danışıb

Zelenski Türkiyədə keçiriləcək Ukrayna-Rusiya müzakirələrindən danışıb Prezident Volodimir Zelenski Türiyədə keçiriləcək Ukrayna-Rusiya danışıqlarının yeni raundundan danışıb.
Region
28 Mart , 2022 01:19
Zelenski Türkiyədə keçiriləcək Ukrayna-Rusiya müzakirələrindən danışıb
Volodimir Zelenski

Prezident Volodimir Zelenski Türiyədə keçiriləcək Ukrayna-Rusiya danışıqlarının yeni raundundan danışıb.

“Report” xəbər verir ki, bu barədə Zelenski özünün son videomüraciətində bəhs edib.

“Qarşıda danışıqların yeni raundu var, biz hələlik sülhə səy göstəririk. Bizim prioritetlərimiz məlumdur. Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə doğurmur”, - Ukrayna Prezidenti deyib.

“Dövlətimiz üçün mövcud təhlükəsizlik təminatları məcburidir. Aşkar və məqsədimiz Ukraynada sülh və normal həyatın mümkün qədər tez bərpa olunmasıdır”, - Volodimir Zelenski əlavə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında növbəti danışıqlar Türkiyədə olacaq. Tərəflər danışıqların növbəti raundunun Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Müzakirələr martın 28-30-da keçiriləcək. Bütün təfərrüatlar daha sonra açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi