Zelenski Rusiya Prezidentinin nüvə təhdidinə münasibət bildirib
Region
- 21 sentyabr, 2022
- 13:02
“Qərb Putinin hədələrinə boyun əyməməlidir. Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmıram”.
“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.
“Putin Ukraynanı öz əsgərlərinin qanında boğmaq istəyir”, - o bildirib.
Ukrayna lideri həmçinin torpaqları azad edəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.
V.Putin həmçinin vurğulayıb ki, Rusiyanı nüvə silahı ilə təhdid edənlər "külək gülü"ndən çəkinməlidir.
Son xəbərlər
07:08
İsrail Ordusu "Hizbullah"ın Livandakı hədəflərinə yeni zərbələr endirdiyini açıqlayıb
Digər ölkələr06:43
Fici sahillərində 5 maqnitudada zəlzələ baş verib
Digər ölkələr06:18
Britaniya XİN Mavrikiya ilə hərbi baza müqaviləsini müdafiə edib
Digər ölkələr05:56
FES yalnız inflyasiya azaldığı təqdirdə faiz dərəcələrini azaltmağa davam edəcək
Maliyyə05:29
"BAE Systems" Britaniya hökumətini müdafiə xərcləri planlarını dəqiqləşdirməyə çağırıb
Digər ölkələr05:04
KİV: ABŞ həftə sonu İrana zərbə endirmək imkanını araşdırır
Digər ölkələr04:34
Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
Xarici siyasət04:12
Ağ Ev: Vatikanın Sülh Şurasında iştirakdan imtinası təəssüf doğurur
Digər ölkələr03:34