Zelenski Rusiya əmlakının müsadirəsi haqqında fərmanı Radaya təqdim edib

Zelenski Rusiya əmlakının müsadirəsi haqqında fərmanı Radaya təqdim edib Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərmanı Ali Radaya təqdim edib.
Region
139
11 May , 2022 18:30
Zelenski Rusiya əmlakının müsadirəsi haqqında fərmanı Radaya təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərmanı Ali Radaya təqdim edib.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, fərmanı təsdiq edən müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında 7371 nömrəli qeydiyyatdan keçib.

Fərman 6 aydan gec olmayaraq Ukrayna Ali Radası tərəfindən təsdiq edilməlidir.

Qeyd edilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülki obyektlərini zorla müsadirə etmək barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi